AZ

Şevçenko: "Əgər ruslar geri dönərsə..."

Ukrayna Futbol Assosiasiyasının prezidenti Andrey Şevçenko “Champion”a verdiyi şərhdə rusiyalı oyunçuların peşəkar futbola qayıtması perspektivi barədə danışıb.

Publika.az xəbər verir ki, UAF rəhbərinin sözlərinə görə, FFFA hazırda rusların geri qayıtmasını nəzərdən keçirmir.

“Maraqlı tərəflərlə münasibətlərimiz üzərində işləyirik. İndi münasibətlərimizi daim qorumalı, yeniləməli və yaxşılaşdırmalı olduğumuz bir dünyada yaşayırıq. Hazırda rusların geri qayıtması nəzərdən keçirilmir və mən bunu Canni İnfantino ilə müzakirə etdim, bu da o deməkdir ki, biz düzgün iş görürük. Gələcəkdə nə olacaq? Bütün ukraynalılar kimi, biz də dörd il müharibədə yaşamağın necə olduğunu bilirik. Vəziyyət dəyişir və biz də uyğunlaşacağıq.

Seçilən
24
publika.az

1Mənbələr