AZ

Tovuzlular üçün faydalı gün “Zirə”nin taleyi öz əlindədir

ain.az bildirir, futbolpress-az portalına istinadən.

“Turan Tovuz” Misli Premyer Liqasının XXVIII turunda “Araz-Naxçıvan”a qalib gəlib. İkinci hissədə vurduğu qollarla aktivinə üç xal yazdıran tovuzlular üçüncü pillədəki yerini möhkəmləndirib.

“Zirə” – “Neftçi” matçının bərabərliklə bitməsi (1:1) ən çox məhz Tovuz klubu üçün sərfəlidir. Kurban Berdıyevin yetirmələri dördüncü “qartallar”ı 10, beşinci “ağ-qaralar”ı isə 11 xal qabaqlayır. Qarşıdakı beş turda bu fərqin qapanması da inandırıcı görünmür.

“Turan Tovuz” üçün digər şans isə gümüş medallardır. İkinci “Qarabağ”la aradakı fərq birdir. “Atlılar” bu gün “Sabah”la oyunda xal itirsə, tovuzluların ümidləri daha da artacaq.

“Neftçi” isə dördüncü pillə mübarizəsindən qopmayıb. Paytaxt klubu “Qarabağ”la ehtiyatda olan oyunu qazanacağı halda, “Zirə”ni üstələyə bilər. Bu isə komanda üçün avrokubok şanslarının artması demək olacaq.

“Zirə” kubokda mübarizəni davam etdirir və yarımfinalın ilk oyununda “Turan Tovuz”a 2:0 hesabıyla qalib gəlib. Cavab görüşündə “qartallar”ın final şansını əldən vermək ehtimalı azdır. “Zirə” ölkə kubokunu qazansa, Avropa Liqasına vəsiqə əldə edəcək və çempionatda 4-cü olan komandanın avrokuboklara yollanması məsələsi bağlanacaq.

Yarımfinalın digər oyunu “Sabah”la “Qarabağ” arasında olacaq. İlk oyunda bərabərlik qeydə alınıb – 2:2. Bu cütün qalibindən biri ölkə kubokunu qazansa, avtomatik liqada dördüncü olan kollektiv avrokuboklara biletini əldə edəcək. “Neftçi”nin isə tək şansı məhz bu yoldur.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
futbolpress.az

1Mənbələr