AZ

Çin maşınlarının liderlik dövrü BİTDİ: Yerini bu ölkənin avtomobilləri tutacaq

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Təkcə Azərbaycanda deyil, dünya üzrə Çin maşınlarına maraq getdikcə azalır. Ucuzluq və lüks görüntü axtarışında olan alıcılar indi daha seçici olublar. Ümumiyyətlə Avropa bazarında Çin markalarının payı 2026-nın əvvəlində azalmağa başlayıb. Çin maşınlarının getdikcə qiymətinin artımı, bundan başqa keyfiyyət və etibarlılıq baxımından sınaqdan çətinliklə çıxması tələbatı aşağı düşürdü. Yerini isə əvvəlki illərdəki kimi “yevropeyka”lar deyil, “yaponka”lar tutacaq.Ekspertlər bildiriRlər ki, Yaponiyanın 3 ən etibarlı markası – Toyota, Mazda, Nissan bazarları ələ alır. İstər 0 kilometrlərə, istərsə də ikinci əl maşınlarına tələbat artıb. Xüsusilə də bu 3 markanın modelləri satışa çıxar-çıxmaz yeni sahibini tapır.Bəs niyə “yaponka”lar yenidən alıcılara cazib gəlməyə başladı?Yapon istehsalçıları daxili yanma mühərrikləri və hibrid texnologiyada (məsələn, Toyota-nın hibridləri) çox təcrübəlidir. Bu da yanacaq sərfiyyatı və etibarlılığa təsir edir. Çin maşınlarının bəzi markaları, xüsusilə də BYD, Geely, Chery son illərdə çox marağa səbəb olsa da, bəzi modellərdə keyfiyyətinin sabit olmaması, hətta zavodlarının müəyyən dövr modelləri geri çağırması alıcıda tərəddüd yaratdı. Ona görə də bir çox sürücü özünü sübut etmiş markalara, əsasən də yapon keyfiyyətinə geri dönməyə üstünlük verdi.Şəfiqə Şəfa, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
bizim.media

2Mənbələr