AZ

Hakan Fidan və Lavrov Antalya Forumunda ikitərəfli görüş keçirəcək

BAKI, 18 aprel. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Antalya Diplomatiya Forumu çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov ilə görüşməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "TASS" agentliyinə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, Türkiyə XİN başçısının forum çərçivəsində dəvət olunmuş digər xarici işlər nazirləri ilə də bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.

Seçilən
13
teleqraf.com

1Mənbələr