AZ

Seçmə mərhələ: Azərbaycanın qadın futbol millisi Andorra ilə qarşılaşacaq

ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirəcək.

SİA xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan kollektiv Andorra yığması ilə qarşılaşacaq. Bakıdakı “Bank Respublika Arena”da təşkil olunacaq görüş saat 17:00-da başlayacaq. Matçı Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi hazırda 6 xalla qrupda 2-cidir. İlk pillədə 7 xalı olan Macarıstan yığması qərarlaşıb. Şimali Makedoniya 3 xalla 3-cü, Andorra isə 1 xalla sonuncudur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
2
sia.az

3Mənbələr