AZ

“Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbirlər keçirildi

Fövqəladə Hallar Nazirliyi səlahiyyətlərinə uyğun olaraq ölkə əhalisinin təhlükəsizliyinin təmin edilməsi, o cümlədən vətəndaşların fövqəladə hallarla bağlı davranış qaydaları barədə maarifləndirilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.

Bu çərçivədə Nazirliyin regional mərkəzləri tərəfindən sel təhlükəli ərazilərdə yaşayan sakinlərin sel-daşqın təhlükəsi barədə maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Növbəti belə maarifləndirmə tədbirləri Qarabağ Regional Mərkəzi (RM) tərəfindən Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Füzuli, Laçın və Tərtər rayonları, Aran RM tərəfindən Ağdaş, Goranboy, Göyçay və Kürdəmir rayonları, Şimal RM tərəfindən Xaçmaz, Şabran, Siyəzən, Quba və Qusar rayonları, Şimal-qərb RM tərəfindən İsmayıllı, Qəbələ, Oğuz və Balakən rayonlarının sel təhlükəli kəndlərində keçirilib.

Seçilən
7
10
publika.az

10Mənbələr