AZ

Dostlarından İsa Arasla bağlı İNANILMAZ SÖZLƏR– “Mənim və Viktorun sevgilisi idi” (VİDEO)

 

Kahramanmaraşda oxuduğu məktəbdə törətdiyi qətliam nəticəsində 9 nəfəri öldürüb, 20 nəfəri yaralayan VIII sinif şagirdi İsa Aras Mersinli ilə bağlı

İ.A.Mersinlinin internet üzərindən tanış olduğu argentinalı dostu onunla bağlı şok faktları açıqlayıb.

O bildirib ki, İ.A.Mersinli məktəbə hücum etməyi uzun müddətdir düşünürmüş:

“Konata (İsa Aras Mersinlinin “Diskord” tətbiqində istifadə etdiyi ad) davamlı olaraq “məktəbə hücum edəcəyəm” deyirdi. Biz də “dostlar, gülümsəyin yaxın vaxtlarda sənədli filmə mövzu olacağıq” deyərək zarafat edirdik. Biz belə bir şeyin olmasını istəməzdik. Aras (Konata) üçün bu sonu arzulamırdıq. Nə mən, nə də Viktor ondan bunu istəmişdik. Digər dostlarımızla da birgə onu dəfələrlə bu fikirdən daşındırmaq istədik, “xahiş edirik, etmə, buna dəyməz” dedik”.

Argentinalı dostu İsa Aras Mersinlinin cinsi oriyentasiyası ilə bağlı da danışıb:

“Aras (Konata) bizim -  mənim və Viktorun qız sevgilisi idi. Bizim poliamor (çoxpartnyorlu) sevgi münasibətimiz var idi. Arasın (Konata) meyitini gördüm... Viktorla birlikdə çox ağladıq. Qurbanlar üçün də çox məyusuq”.

Qeyd edək ki, sosial şəbəkələrdə İsa Aras Mersinliyə aid olduğu iddia edilən görüntülər yayılıb. Həmin görüntülərdə İsa Arasın qadın paltarı geyinərək ayna qarşısında video çəkdiyi əks olunub. Başqa videolarda isə silah doldurduğu, polis şapkası taxdığı görünür./savashmedia.az/

Seçilən
18
2
musavat.com

3Mənbələr