AZ

“Qarabağ”da oyunçu islahatlarının vaxtı yetişdi? - AÇIQLAMA

«Mən indi bu barədə nəsə deyə bilmərəm».

«Qarabağ»ın hücumçusu Musa Qurbanlı Sportinfo.az-a açıqlamasında belə deyib.

Ağdam klubu sonuncu dəfə çempionluğu 2021-ci ildə itirib. Həmin vaxt son turda «Neftçi»yə 0:1 hesabıyla uduzan «köhlən atlar» qızıl medallarla vidalaşıb.

İndi isə «Sabah» onları qabaqlayır. «Bayquşlar» 27 turdan sonra Premyer Liqanın vahid lideridir və «Qarabağ»dan 10 xal daha çox toplayıb.

5 illik fasilədən sonra hansısa dəyişiklərə, yenilənməyə ehtiyac yaranmayıb ki?

Musanın cavabını dinləyək:

«Biz futbolçuların işi meydandadır. Çalışırıq işimizi düzgün görək, tapşırıqları yerinə yetirək.

Mübarizə davam edir. Çempionatın yekunlaşmasına altı tur qalıb. Hər oyunda qələbə qazanmaq istəyirik».

Seçilən
25
musavat.com

1Mənbələr