AZ

Nefçalada kişini maşın vurubÖLDÜRDÜ

Neftçalada yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Kürqarabucaq kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1941-ci il təvəllüdlü Həsənov Vahid Nüsrət oğlu yolu keçərkən Surra kənd sakini, 1988-ci il təvəllüdlü Nağıyev Teymur Sərraf oğlunun idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili onu vurub.

Piyada aldığı ağır xəsarətlər nəticəsində xəstəxanaya aparılarkən həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
4
redaktor.az

4Mənbələr