AZ

Rusiyada iki neft anbarı vuruldu

Ötən gecə Ukrayna Rusiya ərazisinə dron hücumunu davam etdirib.

Musavat.com xəbər verir ki, zərbələr nəticəsində  Krasnodar diyarındakı Tixoretsk neft anbarında yanğın başlayıb.  Rəsmi məlumatlara əsasən yanğını söndürmək üçün 224 nəfər və 56 texnika cəlb edilib.

Bundan əlavə, Sevastopol qubernatoru Mixail Razvojayev Kazachya Buxta məhəlləsində yanacaq çənlərində eyni səbəbdən yanğın başlandığına dair məlumat yayıb. Onun sözlərinə görə, hücum nəticəsində insan itkisi qeydə alınmayıb.

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr