AZ

Geyim və aksesuar idxalı 2,7 milyon dollar azalıb

Cari ilin ilk 3 ayında Azərbaycana 101 milyon 268,02 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal olunub.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, ötən ilin eyni dövründə isə bu göstərici 103 milyon 986,50 min ABŞ dolları təşkil edib.

Bu, illik müqayisədə 2 milyon 718,48 min ABŞ dolları və ya 2,61% azalma deməkdir.

Hesabat dövründə sözügedən məhsul qrupunun ümumi idxaldakı payı 2,53% olub. Bu göstərici ötən ilin eyni dövründə 1,84% idi. Beləliklə, pay üzrə 0,69 faiz bəndi artım qeydə alınıb.

Seçilən
33
3
olke.az

4Mənbələr