AZ

“Belə gecələri yaşamaq xüsusilikdir və qürurluyuq”

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Superkubokunda “Atalanta”ya qalib gəldikləri görüşü şərh edib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 2:0 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Belə gecələri yaşamaq xüsusilikdir və qürurluyuq. İlk hissədə çətinliyimiz oldu. Çünki “Atalanta” daha çox təzyiq göstərirdi. Fasilədən sonra isə boşluqları tapa bildik və təhlükəli olmağı bacardıq”.

Karlo bu matçda debüt edərək ilk qolunu vuran yeni transfer Kilian Mbappedən də danışıb:

“Mbappe çox keyfiyyətli oyunçudur. Bu görüşdə əla oynadı və müdafiəyə də kömək etməyə çalışdı”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
futbolpress.az

1Mənbələr