“Koventri Siti” vaxtından əvvəl İngiltərə Premyer Liqasına vəsiqəni təmin edib.
Publika.az xəbər verir ki, Çempionşipin 43-cü turunda komanda “Blekbern”lə 1:1 hesablı heç-heçə edib. Frenk Lempardın rəhbərlik etdiyi kollektiv 2001-ci ildən sonra ilk dəfə elit liqada çıxış edəcək.
Hazırda “Koventri” 86 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Onlar ehtiyatda bir oyunu olan ikinci pillədəki “İpsviç”i 11 xal qabaqlayır (75 xal).