AZ

ABŞ Rusiyadan neft və neft məhsullarının tədarük və satışına icazə verib

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

ABŞ Maliyyə Nazirliyi müvəqqəti olaraq dəniz yolu ilə daşınan rus nefti və neft məhsullarının alınması ilə bağlı məhdudiyyətləri ləğv edib.

Bizimyol.info xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, Xarici Aktivlərin Nəzarəti İdarəsi (OFAC) 17 aprel 2026-cı il tarixinə qədər gəmlərə yüklənmiş rus mənşəli xam neft və neft məhsullarının tədarükü və satışına icazə verən 134B nömrəli ümumi lisenziya təqdim edib.

Lisenziya, sanksiyalara məruz qalan şirkətlərin istehsal etdiyi rus nefti və neft məhsullarına da şamil edilir.

ABŞ məhdudiyyətləri bir aylıq müddət üçün ləğv edib. Bu addım əvvəlki rəsmi açıqlamalara zidd olaraq, ABŞ rəsmilərinin belə bir lisenziyanı uzatmayacağı vədindən sonra atılıb.

Əvvəllər "Semafor" nəşri yazmışdı ki, ABŞ rus nefi ilə bağlı yumşaldılmış məhdudiyyətlərin müddətini uzatmağı planlaşdırır.

13 martda ABŞ rus nefinə qarşı sanksiyaları ləğv etmişdi. 22 martda ABŞ Maliyyə naziri Skott Bessent bildirib ki, rus nefinə qarşı müvəqqəti sanksiyaların yumşaldılması Rusiyaya əlavə 2 milyard dollar gəlir gətirəcək.

Yaxın Şərqdəki münaqişə fonunda dünya bazarında neft qiymətlərinin kəskin yüksəlməsi səbəbindən Rusiya neftdən gözlənilməz əlavə gəlir əldə edir. "Financial Times"ın hesablamalarına görə, qiymətlərin yüksək olduğu hər gün rus büdcəsinə təxminən 150 milyon dollar əlavə vəsait gətirir və yalnız Fars Körfəzindəki müharibənin ilk iki həftəsində Moskva 1,9 milyard dollara qədər gəlir əldə edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
bizimyol.info

1Mənbələr