AZ

Trampın bu açıqlaması Netanyahunu şoka saldı

ABŞ Prezidenti Donald Trampın İsrailin Livana əlavə hərbi hücumlar etməsini qadağan etdiyini açıqlaması İsrailin Baş naziri Binyamin Netanyahunu xeyli təəccübləndirib.

Publika.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildirirlər ki, Netanyahu və onun köməkçiləri Trampın paylaşımından şoka düşüblər. Çünkü bu paylaşım İsrail və Livan arasında atəşkəs sazişinin mətni ilə ziddiyyət təşkil edir. Artıq İsrail Ağ Evdən məsələyə aydınlıq gətirilməsini istəyib.

Seçilən
13
publika.az

1Mənbələr