AZ

Göygöldə rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

Heydər Əliyev Mərkəzində təşkil olunan yığıncaqda Respublika Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, eləcə də rayon ziyalıları, ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad etmişlər. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və şərəfli həyat yolunu əks etdirən fotosərgiyə baxış keçirilmişdir.

V.Novruzov yığıncaqda çıxış edərək ağsaqqalların cəmiyyətdəki rolundan danışmış, onların milli-mənəvi dəyərlərin qorunmasında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, ictimai həyatda əvəzsiz xidmətlər göstərdiklərini vurğulamış, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlətçilik ənənələrinin və Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasətdə mühüm rol oynadıqlarını diqqətə çatdırmışdır.

B.Yusifov çıxış edərək ölkəmizdə ağsaqqallar institutunun inkişafından söhbət açaraq bildirmişdir ki, ağsaqqallar  dövlətimiz tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmuşlar. Natiq, həmçinin ağsaqqalların gənclərə örnək olduğunu, milli birlik və sabitliyin qorunmasında mühüm rol oynadıqlarını qeyd etmişdir. 

Yığıncaqda təşkilati məsələlərə baxılmışdır. Rayon Ağsaqqallar Şurasının sədri seçilmiş, yeni tərkibi formalaşdırılmış və  qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində müzakirələr aparılmışdır.

S.YUNİSOĞLU,

"Azərbaycan"

Seçilən
29
azerbaijan-news.az

1Mənbələr