AZ

Dünya çempionatının biletləri niyə bahadır?

Moderator.az saytından alınan məlumata görə, ain.az bildirir.

"2026-cı il dünya çempionatının biletlərinin baha olması FIFA-nın yalnız turnir dövründə qazanc əldə edə bilməsi ilə bağlıdır".

Moderator.az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, bunu Canni İnfantino bəyan edib.

"FIFA-nın əsas və hələ də yeganə gəlir mənbəyi dünya çempionatıdır. Biz gəliri bir ay ərzində formalaşdırırıq, növbəti dünya çempionatına qədər qalan 47 ay ərzində isə bu vəsaiti xərcləyirik", - deyə o qeyd edib.

Xatırladaq ki, bu il FIFA dünya çempionatı iyunun 11-dən iyulun 19-dək Kanada, Meksika və ABŞ-də keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
moderator.az

2Mənbələr