AZ

Dünya çempionatına yollanacaq daha bir millinin baş məşqçisi postundan getdi

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Fransalı mütəxəssis Erve Renar Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi vəzifəsindən ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Onun yerinə isə "Əl-Xəlicə" baş məşqçisi Giorgos Donis təyin olunacaq. Yunanıstanlı çalışdırıcı artıq Səudiyyə Ərəbistanı Futbol Federasiyası ilə razılığa gəlib. Təyinat müqavilə imzalandıqdan sonra rəsmi açıqlanacaq.

Səudiyyə Ərəbistanı yığması Renarın rəhbərliyi altında son iki yoxlama oyunda - Misirə (0-4) və Serbiyaya (1-2) uduzub. Fransalı mütəxəssis bir müddət əvvəl mətbuata verdiyi açıqlamada mövcud şəraitdə dünya çempionatında müsbət nəticə qazanmağın çətin olacağını söyləmişdi. 

Qeyd edək ki, Renar 2024-cü ilin oktyabrından millinin "sükanı arxasında" idi. Səudiyyə yığması DÇ-2026-da İspaniya, Kabo-Verde və Uruqvayla birgə H qrupunda yer alıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
sport24.az

1Mənbələr