AZ

Əri ilə mübahisə edən qadın milyonlarla dolları pəncərədən çölə səpələdi

Çinli bir qadın əri ilə mübahisə etdikdən sonra təxminən 2 milyon Honkonq dollarını mənzilin pəncərəsindən çölə atıb.

Publika.az xəbər verir ki, hadisə aprelin 15-də Çinin Şantou şəhərində baş verib.

"Star Lake City" yaşayış kompleksinin sakini çoxmərtəbəli binasının eyvanından 1000 dollarlıq əskinasları ataraq "pul yağışı" yaradıb.

Göydən "yağan" dollarlar küçədə izdihama səbəb olub. Polis və yanğınsöndürənlər hadisə yerinə gəliblər.

Rəsmi qurumlar əskinasların orijinallığını təsdiqləyib və bəzi yoldan keçənlərin atılmış pulları yığıb sakinə qaytardıqları bildirilib. Digər şəxslərdən də əskinasları polisə təhvil vermələri xahiş olunub.

Seçilən
8
7
publika.az

8Mənbələr