İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi İsmayıl Bəqai ölkəsinin zənginləşdirilmiş uranı digər ölkələrə təhvil vermək niyyətində olmadığını açıqlayıb.
Publika.az xəbər verir ki, o, İranın uranı heç bir halda, heç bir yerə təhvil verməyəcəyini bildirib.
"Zənginləşdirilmiş uran bizim üçün İran torpağı qədər müqəddəsdir!", - deyə Bəqai bildirib.