AZ

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır.

Temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerji azalmasına səbəb olur.

Türkiyəli terapevt Yunus Coşkunun sözlərinə görə, bu hal adətən müvəqqəti olsa da, yorğunluq, baş ağrısı, yuxusuzluq, motivasiya itkisi və diqqət dağınıqlığı kimi əlamətlərlə gündəlik həyat keyfiyyətini aşağı sala bilər. Xüsusilə qapalı məkanlarda uzun müddət çalışan şəxslərdə bu simptomlar daha çox müşahidə olunur.

Həkim qeyd edib ki, yaz yorğunluğunun təsirini azaltmaq üçün sadə vərdişlər kifayət qədər effektlidir. Mütəmadi yuxu, balanslı qidalanma, kifayət qədər su qəbulu və gündəlik yüngül fiziki aktivlik orqanizmin uyğunlaşmasını asanlaşdırır. Səhər saatlarında günəş işığından faydalanmaq və açıq havada vaxt keçirmək də enerji səviyyəsini artırır.

Həkim həmçinin stressin idarə olunmasının vacibliyini vurğulayır. Nəfəs məşqləri, açıq havada gəzinti və rahatladıcı fəaliyyətlər həm fiziki, həm də psixoloji tarazlığı qorumağa kömək edir.

Qeyd olunur ki, bahar yorğunluğu adətən bir neçə həftə ərzində öz-özünə keçib gedir. Lakin uzunmüddətli yorğunluq hallarında diqqətli olmaq lazımdır. Çünki qanazlığı, qalxanabənzər vəzi problemləri, infeksiyalar, yuxu pozğunluqları və depressiya kimi xəstəliklər də oxşar əlamətlərlə özünü göstərə bilər. Bu səbəbdən simptomlar davamlı olduqda həkimə müraciət etmək tövsiyə olunur.//Milli.Az

Seçilən
8
2
musavat.com

10Mənbələr