AZ

DÇ-2026-nın ən bahalı biletləri AÇIQLANDI - 10.000 dollardan baha...

FİFA prezidenti Canni İnfantino DÇ-2026-nın bilet qiymətləri barədə danışıb. "L'Équipe" nəşrinin yazdığına görə, o, biletlərin bahalaşmasına münasibət bildirib və turnirin federasiyanın yeganə gəlir mənbəyi olduğunu vurğulayıb. "FİFA-nın əsas və yeganə gəlir mənbəyi dünya kubokudur. Biz bir ay ərzində qazanırıq və sonra həmin pulu növbəti dünya kubokuna qədər 47 ay ərzində xərcləyirik".

Həmçinin bildirilib ki, DÇ-2026-nın bilet qiymətləri yüksəlib. Ən bahalı biletlərin qiyməti hazırda 10.000 dollardan çoxdur. II kateqoriyalı biletlərin (7.300 dollara qədər) və III kateqoriyalı biletlərin (5.700 dollara qədər) qiymətləri də əhəmiyyətli dərəcədə artıb.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Meksika və Kanadada keçiriləcək. Bu, tarixdə 48 milli komandanın iştirak etdiyi ilk mundial olacaq.

Seçilən
6
2
sia.az

3Mənbələr