AZ

BVF Ukraynanın borc məsələlərinin aradan qaldırılması üçün strategiyasını açıqlayıb

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna ilə bağlı dördistiqamətdən ibarət dəstək strategiyasını icra edir.

Trend xəbər verir ki, bunuBVF-nin Avropa Departamentinin direktoru Alfred Kammer mətbuatkonfransında deyib.

Onun sözlərinə görə, strategiyaya büdcə daxilolmalarınınartırılması, xərclərin daha səmərəli idarə olunması, Kiyev üçünmühüm xarici maliyyə dəstəyinin təmin edilməsi və borcunrestrukturizasiyası daxildir.

Ekspert qeyd edib ki, bu hədəflər reallaşarsa, proqramınsonunadək borcun dayanıqlılığının təmin olunacağı gözlənilir.

O əlavə edib ki, BVF proqramı ölkənin tədiyyə balansındasabitliyə və borc davamlılığına nail olmasına, eyni zamanda BVFproqramı və ya əlavə xarici yardım olmadan fəaliyyət göstərəbilməsinə hesablanıb.

Seçilən
20
az.trend.az

1Mənbələr