AZ

İngiltərə Premyer Liqasına yüksələn ilk klub müəyyənləşdi

İngiltərə Çempionşipində 43-cü həftə "Koventri Siti" üçün unudulmaz hadisə ilə yadda qalıb.

Fanat.Az xəbər verir ki, səfərdə "Blekbörn"ün qonağı olan lider, gərgin keçən matçda əldə etdiyi bir xalla Premyer Liqaya vəsiqəni rəsmiləşdirib.  

"Koventri Siti", çempionatın bitməsinə 3 tur qalmış 3-cü pillədəki "Milluol" ilə xal fərqini 13-ə çatdırıb. Bununla da komanda növbəti mövsüm Premyer Liqada çıxış edəcək ilk klub ünvanını qazanıb.

Xatırladaq ki, bu, "Koventri Siti" üçün böyük tarixi qayıdışdır. İngiltərə təmsilçisi sonuncu dəfə 2000/01 mövsümündə Premyer Liqada çıxış etmiş, həmin vaxt turnir cədvəlini 19-cu yerdə tamamlayaraq aşağı liqaya yuvarlanmışdı. Tam 25 il sonra yenidən elitaya qayıdan komandanın bu uğuru azarkeşləri tərəfindən böyük coşqu ilə qeyd olunur.

Seçilən
20
1
fanat.az

2Mənbələr