AZ

Təbii qarışımla şişkinliyə SON: Yatmazdan əvvəl için

Son vaxtlar sosial mediada sürətlə yayılan "gecə içkisi" trendi Türkiyədə də maraq doğurub. Xüsusilə axşam yeməyindən sonra yaranan şişkinlik və ödemdən qurtulmaq istəyənlər bu təbii qarışığa üz tutur.

Milli.Az xəbər verir ki, mütəxəssislərə görə, portağal, limon, mixək və darçından hazırlanan içki həzmi dəstəkləyir, bədəndə toplanan artıq mayenin atılmasına kömək edir və gecə boyu maddələr mübadiləsini aktiv saxlayır.

Qarışığın hazırlanması olduqca sadədir: su, təzə sıxılmış portağal və limon suyu, mixək və istəyə görə darçın birlikdə qaynadılır, süzülür və yatmazdan əvvəl içilir.

Qeyd olunur ki, bu içkinin müntəzəm istifadəsi qarın şişkinliyini azaltmağa və ümumi yüngüllük hissi yaratmağa kömək edə bilər. Bununla belə, mütəxəssislər hər hansı sağlamlıq problemi olan şəxslərə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməyi tövsiyə edirlər.

Fidan
Milli.Az

Seçilən
21
1
milli.az

10Mənbələr