AZ

"Zirə" sonda qurtuldu, "Neftçi" fəryad qopardı - VİDEO

Azərbaycan Premyer Liqasının XXVIII turunda “Zirə” və “Neftçi” komandaları üz-üzə gəlib.

Sportinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.

Baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüşdə “ağ-qaralar”ın qolunu 63-cü dəqiqədə İmad Faraj vurub. 90+5-ci dəqiqədə isə “qartallar”ın futbolçusu Brahim Konate hesabı bərabərləşdirib.

Bundan sonra oyunda qarışıqlıq düşüb, qonaqlar referini qolu yoxlamaq üçün VAR-a getməsini tələb etsə də, İnqilab Məmmədov qolu qeydə alıb.

Nəticədə “Neftçi”nin baş məşqçisi Yuri Vernidub və “Zirə”nin məşqçisi Ağabala Ramazanov qırmızı vərəqə ilə cəzalandırılıb.

Bu nəticədən sonra Yuri Vernidubun komandası xallarını 44-ə çatdıraraq turnir cədvəlinin 5-ci, Rəşad Sadıqovun kollektivi isə 45 xalla 4-cü pilləsində yer alıb.

"Zirə" - "Neftçi" 1:1
Qollar:
Brahim Konate, 90+4 - İmad Faraj, 63
Baş hakim: İnqilab Məmmədov
Zirə İK stadionu

Seçilən
18
sportinfo.az

1Mənbələr