AZ

Zelenskidən Hörmüz boğazının açılmasına REAKSİYA

Zelenski Hörmüz boğazındakı təhlükənin aradan qaldırılması üçün birgə səylərə çağırdı.

Ukrayna Prezidenti Vladimir Zelenski Hörmüz boğazındakı təhdidləri neytrallaşdırmaq üçün birgə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynla lideri müraciətini “Telegram” kanalında dərc edib .

Onun fikrincə, bu, naviqasiya azadlığının qlobal müdafiəsinə töhfə verəcək.

"Hamımız Hörmüz boğazındakı təhdidləri dünya miqyasında naviqasiya azadlığının qorunmasına kömək edəcək şəkildə aradan qaldırmaq üçün birlikdə çalışmalıyıq.

Hörmüz boğazı ilə bağlı qəbul edilən qərarlar indi digər aqressiv aktyorların başqa boğazlarda və cəbhələrdə problem yaratmaq ehtimalını necə qəbul edəcəyini müəyyən edəcək", - Zelenski bildirib.

Bizim.Media

Seçilən
17
48
bizim.media

10Mənbələr