AZ

ABŞ və İran yenidən masaya qayıdır: görüşün yeri və vaxtı açıqlandı

ABŞ ilə İran arasında yeni danışıqlar raundunun aprelin 20-də Pakistanda keçirilməsi gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə The Wall Street Journal məlumat yayıb.

Bununla belə, nəşr görüşün rəsmi tarixinin hələ tam təsdiqlənmədiyini bildirib.

Qəzetin mənbələrinə görə, ABŞ prezidenti Donald Trampın formalaşdırdığı nümayəndə heyəti mümkün danışıqlara qoşulmaq üçün tam hazır vəziyyətdə saxlanılır.

Məlumata əsasən, həftəsonu tərəflər arasında bir neçə mərhələli məsləhətləşmələr keçirilsə də, gərginliyin aradan qaldırılması istiqamətində nəzərəçarpan nəticə əldə olunmayıb.

 

Musavat.com

Seçilən
47
50
musavat.com

10Mənbələr