Almaniya ikinci Bundesliqasında 30-cu turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, milli komandamızın hücumçusu Mahir Emrelinin də formasını geydiyi “Kayzerslautern” səfərdə “Holştein Kiel”in qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
“Holştein Kiel” - “Kayzerslautern” - 3:0
Qollar: Tohumcu, 16, Harres, 36, Zec, 40
Mahir Emreli əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.
Bu məğlubiyyətdən sonra əvvəlki kimi 46 xalda qalan “Kayzerslautern” 7-ci pillədə qərarlaşıb.