AZ

Tərtərdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı maarifləndirmə tədbirləri davam edir

Yeniazerbaycan saytına istinadən ain.az xəbər verir.

Tərtər rayonu ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində məqsədyönlü tədbirlər ardıcıl şəkildə davam etdirilir. Bu istiqamətdə aparılan maarifləndirmə işlərinin əhatə dairəsinin genişləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılır. Belə ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Daimi İşçi Qrupu tərəfindən hazırlanaraq nəşr edilmiş ”Yeniyetmə və gənclər üçün” və “Psixotrop maddələr haqqında həqiqət” adlı maarifləndirici broşürlər rayon icra hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının könüllülərinin iştirakı ilə əhali arasında paylanmışdır.

Keçirilən aksiya çərçivəsində sakinlərə narkotik vasitələrin insan sağlamlığına vurduğu zərər, onların sosial fəsadları, ailə və cəmiyyət üçün yaratdığı təhlükələr barədə ətraflı məlumat verilmişdir.

Eyni zamanda, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlər, mövcud qanunvericiliyin tələbləri və məsuliyyət məsələləri barədə də maarifləndirici izahatlar aparılmışdır.

Könüllülər tərəfindən vətəndaşlarla aparılan söhbətlər zamanı xüsusilə gənclərin zərərli vərdişlərdən qorunmasının vacibliyi vurğulanmış, sağlam həyat tərzinin təşviqi istiqamətində tövsiyələr verilmişdir. Bildirilmişdir ki, narkomanlığa qarşı mübarizə yalnız hüquq-mühafizə orqanlarının deyil, bütövlükdə cəmiyyətin birgə səylərini tələb edir.

Qeyd olunmuşdur ki, bu kimi maarifləndirici tədbirlərin keçirilməsində əsas məqsəd əhali arasında məlumatlılığın artırılması, gənc nəslin sağlam ruhda formalaşmasına dəstək göstərilməsi və narkotik vasitələrin yayılmasının qarşısının alınmasına ictimai dəstəyin gücləndirilməsidir.

Rayon ərazisində bu istiqamətdə tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
yeniazerbaycan.com

1Mənbələr