ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hindistan iki ölkə arasında hərbi əməkdaşlıq müqaviləsi çərçivəsində Rusiyaya 3000-ə qədər əsgər göndərə biləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin rəsmi hüquqi informasiya portalı məlumat yayıb. Dərc olunmuş sənədə görə, hindlilər həmçinin Rusiya ərazisində 10 hərbi təyyarə və beş hərbi gəmi yerləşdirə biləcəklər.
Bu kontingent birgə təlimlər keçirmək, humanitar yardım göstərmək, təbii və texnogen fəlakətlərə cavab vermək və tərəflərin “sülh və sabitliyin qorunması məqsədilə” razılaşdırdığı digər hallarda yerləşdirilə bilər.
Qeyd edək ki, aprelin əvvəlində Hindistan rəsmi olaraq silahlı qüvvələrinin modernləşdirilməsi üçün ümumi dəyəri 25 milyard dollar olan genişmiqyaslı tədbirlər paketini təsdiqlədi. Bu paketə, xüsusən də Rusiyadan beş yeni S-400 Triumph zenit-raket sisteminin alınması daxildir.
Tahir Turan
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.