AZ

"Ford" 1,5 milyona yaxın avtomobili geri çağırır - SƏBƏB

ABŞ-ın avtomobil istehsalçısı "Ford", mühərrik idarəetmə blokunun (PCM) proqram təminatındakı nasazlıq səbəbindən ölkə daxilində təxminən 1,4 milyon avtomobili geri çağıracaq.

Ölkə.Az xəbər verir ki, bu barədə Reuters agentliyi Milli Magistral Trafik Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat yayıb.

Geriçağırılma 2015–2017-ci il istehsalı olan Ford F-150 pikaplarına şamil edilir. Yoxlamalara səbəb transmissiyanın (sürətlər qutusunun) gözlənilmədən aşağı ötürücüyə keçməsi halları olub.

Tənzimləyicinin məlumatına görə, problem proqram təminatı və elektrik birləşmələrinin aşınması nəticəsində siqnalın itməsi ilə bağlıdır ki, bu da idarəetmə sisteminə yanlış məlumatların ötürülməsinə gətirib çıxarır.

"Ford" şirkəti nasazlığın tamamilə ödənişsiz aradan qaldırılacağını bəyan edib: avtomobil sahibləri diler mərkəzlərinə müraciət edərək proqram təminatını yeniləyə biləcəklər.

Seçilən
37
1
olke.az

2Mənbələr