Bu gün Qafqazinfo saytında dərc olunan "Əli Əsədovun biznes və tikinti imperiyası" başlıqlı yazı qısa müddətdə mediada və cəmiyyətdə şok effekti ilə yayılıb. Yazının ən diqqətçəkən məqamlarından biri möhtərəm Prezident İlham Əliyevin etimad göstərdiyi, baş nazir kimi mühüm postda əyləşən bir şəxsin hakimiyyətdə təmsil olunan başqa məmurlara qarşı "kompromat savaşı" aparması ilə bağlı məqamlardır. Məqalədə belə qeyd olunur ki, "Keçmişdə maraqları toqquşan bir məmurun digərinə qarşı mediaya kompromatlar ötürməsi, onu gözdən salması geniş yayılmış praktika olub.
Şübhəsiz ki, baş nazirin hansı media resursları ilə işbirliyində olduğu müvafiq qurumlara gün kimi aydındır, heç nə gizli qalmır. Lakin biz də sadə bir araşdırma apardıq ki, baş nazir haqqında bu cür faktlarla zəngin araşdırma yazısını hansı media qurumları dərc edib, hansılar görməzdən gəlib və maraqlı mənzərə ortaya çıxdı. Dövlətin baş naziri haqqında şok faktlarla dolub-daşan bir yazı dərc olunub, əksər saytlar həmin yazını dərc edib, lakin heç bir dövvlət qurumunun rəsmi orqanı olmayan saytlar hələ də həmin məqaləni dərc etməyiblər. Halbuki həmin saytlar başqa vaxt hansısa JEK rəisinin, məktəb direktorunun bahalı maşını, villası barədə çox həvəslə yazı dərc edirlər.
Vaxtilə Elnur Aslanov vəzifədən qovulanda, Ramiz Mehdiyev işdən çıxarılanda da bəzi saytlar ümumiyyətlə bu barədə xəbər dərc etməmişdilər...