Bakı. Trend:
Bu ilin 1-ci rübü üzrə Azərbaycanda istilik elektrikstansiyalarında (İES) 6 milyard 66 milyon kVt·st, su elektrikstansiyalarında (SES) 510,5 milyon kVt·st elektrik enerjisiistehsal edilib.
Trend bubarədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə İES-lərdəenerji istehsalı 252,3 milyon kVt·st və ya 4%, SES-lərdə isə 159,1milyon kVt·st və ya 23,8% azalıb.
Ümumilikdə, 2026-cı ilin 1-ci rübü üzrə operativ məlumatlaraəsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 6 milyard 991milyon kVt·st olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə180,8 milyon kVt·st və ya 2,5% azalıb.