AZ

Dünya Kuboku barədə proqnozlar özünü doğrultmadı

ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə təşkil ediləcək Dünya Kuboku öncəsi ABŞ-dəki otellər qiymətləri aşağı salmağa başlayıblar. Metbuat.az xəbər verir ki, bilet qiymətlərinin həddindən artıq yüksək olması, inflyasiya ilə bağlı narahatlıqlar və ABŞ-a qarşı artan narazılıq kimi amillər azarkeşləri turnirə qatılmaqdan çəkindirir. “Lighthouse Intelligence”in məlumatlarına görə, Atlanta, Dallas, Mayami, Filadelfiya və San Fransisko kimi ev sahibi şəhərlərdə oyun günləri üçün otaq qiymətləri ilin əvvəlindəki pik həddə nisbətən təxminən üçdə bir azalıb.

Bildirilir ki, Dünya Kubokuna irəli sürülən ziyarətçi axını özünü doğrultmayıb. Nyu-York Otel Assosiasiyasının prezidenti Vijay Dandapani bildirib ki, ziyarətçi sayında artım olsa da, bu, FIFA-nın vəd etdiy isəviyyədə deyil.

Seçilən
16
metbuat.az

1Mənbələr