AZ

Zaxarovadan Gürcüstanla bağlı qalmaqallı açıqlama: Reaksiya gəldi

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Gürcüstanda müxalifət nümayəndəsi, “Vahid Milli Hərəkat” partiyasının sədri Tina Bokuçava Rusiyanın son açıqlamalarına münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “24Georgia” portalı məlumat yayıb.

Bokuçavanın sözlərinə görə, ölkədə böyük siyasi təsirə malik olan oliqarx Bidzina İvanişvili Kremlin maraqlarına uyğun hərəkət edir.

Onun fikrincə, İvanişvili Rusiyanın strateji məqsədlərini effektiv şəkildə həyata keçirir və bu siyasət Gürcüstanın Avropa perspektivinə ciddi maneə yaradır.

Müxalifət lideri hesab edir ki, mövcud siyasi kurs ölkənin Qərbə inteqrasiyasını zəiflədir və Gürcüstanın gələcək inkişafına mənfi təsir göstərir.

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bit neçə gün əvvəl Gürcüstanın Avropa İttifaqına qoşulacağı təqdirdə “dost olmayan ölkələr” siyahısına salına biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
globalinfo.az

1Mənbələr