AZ

Tramp məmnundur: İran razılaşdı, bir iki günə...

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramının qeyri-müəyyən müddətə dayandırılmasına razılıq verdiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Tramp həmçinin moratoriumun 20 ildən sonra başa çatacağı ilə bağlı məlumatları da təkzib edib.

İranın nüvə proqramının tamamilə dayandırılıb-dayandırılmayacağı sualına Tramp belə cavab verib: “Konkret il söyləmək düzgün deyil, proqram qeyri-müəyyən müddətə dayandırılıb”.

Tramp bildirib ki, Amerika və İran nümayəndə heyətləri aprelin 18-19-da görüşə bilərlər.

“İranlılar görüşmək və razılaşma əldə etmək istəyirlər. Düşünürəm ki, görüş həftəsonu keçiriləcək. Növbəti bir-iki gün ərzində razılaşma əldə edəcəyik. İsrailin təhlükəsizliyi təmin olunacaq. İsrail müharibədən qalib çıxacaq”, – ABŞ lideri vurğulayıb.

Beləliklə, Tramp iddia edir ki, İran ABŞ-dan dondurulmuş aktivlərini geri almadan nüvə proqramını qeyri-müəyyən müddətə dayandırmağa razılaşıb.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
globalinfo.az

1Mənbələr