AZ

Qırmızıdan keçən avtomobil dayanacaqda sərnişini vurdu VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Yol hərəkəti qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Krasnoyarsk şəhərində baş verən qəza kameraya düşüb.

Belə ki, sürücü svetoforun qadağanedici qırmızı siqnalına məhəl qoymayaraq hərəkətini davam etdirib. Bu zaman dönmə əməliyyatı edən avtomobillə toqquşmamaq üçün manevr edib və dayanacaqda avtobus gözləyən sərnişini vurub. Hadisənin ağırlığına baxmayaraq, ilkin tibbi müayinə nəticəsində zərərçəkənin ciddi xəsarət almadığı məlum olub.

Hazırda faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
avtosfer.az

1Mənbələr