AZ

Qazaxda avtomobil yolunun kənarında 500 ağac əkilib

Qazax, 17 aprel, AZƏRTAC

Qazax Rayon İcra Hakimiyyətinin, YAP Qazax Rayon Təşkilatının və 2 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, aksiya çərçivəsində Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun kənarında 250 ədəd Eldar şamı və 250 ədəd sərv ağacı əkilib.

Müxbir - Ruslan Novruzoğlu

Seçilən
25
azertag.az

1Mənbələr