AZ

Qaradağda sürücülük hüququ olmadan sərxoş vəziyyətdə avtomobil idarə edən şəxs saxlanılıb

ain.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qaradağ rayonu ərazisində yerləşən stasionar postda “VAZ” markalı avtomobilin sürücüsünə “Saxla” işarəsi verilsə də, o, tabesizlik göstərərək hərəkətini davam etdirib. Avtomobil Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı nəqliyyat vasitəsini idarə edən paytaxt sakini Coşqun Novruzovun sürücülük hüququnun olmaması, eləcə də alkoqollu içki qəbul etməsi müəyyən edildiyindən o, tibbi müayinədən keçməyə dəvət edilib.

Coşqun Novruzov məsuliyyətdən yayınmaq məqsədilə süni gərginlik yaratmağa calışsa da, istəyinə nail olmayıb.

Törətdiyi əməllərlə bağlı müvafiq sənədləşdirmə aparılaraq ərazi polis orqanına təhvil verilən Coşqun Novruzov inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsi qanunsuz hərəkətlərə yol verən şəxslərin məsuliyyətdən yayınmaq cəhdlərinin əbəs və hüquqazidd olduğunu bir daha xatırladır və belə hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
13
yeniazerbaycan.com

10Mənbələr