AZ

Bakı və İrəvan arasında kommunikasiyalar nə vaxt açılacaq? Kostanyan cavab verdi

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı ilə İrəvan arasında sülh sazişi üzrə mətn artıq razılaşdırılıb. Ermənistan tərəfi azərbaycanlı həmkarları ilə birlikdə sənədin imzalanması və yekun ratifikasiyası istiqamətində işi davam etdirəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan artıq faktiki olaraq sülh mərhələsindədir:

“Sazişin imzalanmasına gəlincə, bildiyiniz kimi, sənəd paraflanıb. Biz azərbaycanlı həmkarlarımızla birlikdə onun imzalanması və yekun ratifikasiyası üzərində işləyəcəyik”.

Kostanyan qeyd edib ki, tərəflər regionda kommunikasiyaların qarşılıqlı əsasda açılması ilə bağlı siyasi öhdəlik götürüblər və hazırda bu istiqamətdə iş aparılır. Eyni zamanda, Bakı və İrəvan arasında ticarət məsələləri üzrə müzakirələr keçirilib və ilkin razılaşmalar əldə olunub:

“Biz artıq Azərbaycandan benzin idxal etməyə başlamışıq. Bundan əlavə, Bakı və İrəvan ikitərəfli ticarətə daxil edilə biləcək malların siyahısının mübadiləsini həyata keçiriblər. Hansı məhsulların ixrac olunacağı ilə bağlı ilkin razılaşmalar mövcuddur. Ümid edirik ki, proses başa çatdıqdan sonra rəsmi açıqlama veriləcək”, – Kostanyan vurğulayıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın Antalya Diplomatik Forumunda iştirak etməməsinə gəlincə, Kostanyan bildirib ki, ölkədə hazırda gərgin siyasi vəziyyət hökm sürür və baş nazir həmin gün parlament iclasında iştirak edib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
globalinfo.az

1Mənbələr