ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Ermənistanda tanınmış iş adamı Samvel Karapetyan barəsində seçilmiş həbs qətimkan tədbiri uzadılıb.
Globalinfo.az xəbər verir ki, Ermənistan Antikorrupsiya Məhkəməsi onun ev dustaqlığını daha 3 ay müddətinə artırıb.
Məhkəmə iclası zamanı iş adamının vəkili Aram Vardevanyan bildirib ki, Karapetyan ötən ilin dekabr ayında həbsdən azad olunmaq üçün 10 milyon dollardan çox məbləğdə girov ödəyib.
Məlumata görə, növbəti məhkəmə iclası 30 aprel tarixinə təyin edilib.
Qeyd edək ki, Samvel Karapetyan vergidən yayınma, çirkli pulların yuyulması, xüsusilə külli miqdarda əmlakın mənimsənilməsi, eləcə də hakimiyyətin zorla ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. İş üzrə daha iki nəfər də təqsirləndirilən şəxs qismində keçir.

Əliyar Xəlil
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.