AZ

"Arsenal"ın baş məşqçisi "Mançester Siti" ilə oyun barədə danışdı

"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 33-cü turunda "Mançester Siti"yə qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis bildirib ki, komanda bütün diqqətini qarşıdakı görüşə yönəldib:

“Biz bu barədə danışmağa bir saniyə belə sərf etmirik. Biz hər oyuna qələbə üçün hazırlaşırıq, məhz buna görə hazırkı mövqedəyik və eyni şəkildə davam edəcəyik”, – deyə Mikel Arteta

"BBC"yə açıqlamasında bildirib.

Qeyd edək ki, belə nəticə “Arsenal”ın “Mançester Siti” ilə xal fərqini 6 olaraq saxlamasına imkan verə bilər.

Çempionluq mübarizəsinin əsas favoritləri arasında keçiriləcək qarşılaşma 19 aprel tarixində saat 19:30-da start götürəcək.

Seçilən
13
90deqiqe.az

1Mənbələr