AZ

Səudiyyə Ərəbistanı millisində gözlənilməz ayrılıq

Futbol üzrə Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi Erve Renar vəzifəsindən ayrılıb.

90deqiqe.Az-ın məlumatına görə, fransalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl xitam verilib.

Xatırladaq ki, Erve Renar 2024-cü ildən etibarən yığmaya rəhbərlik edirdi. Onun rəhbərliyi altında komanda uğurlu çıxış edərək 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Səudiyyə Ərəbistanı millisi mundialın qrup mərhələsində Uruqvay, İspaniya və Kabo Verde seçmələri ilə üz-üzə gələcək.

Seçilən
36
90deqiqe.az

1Mənbələr