AZ

İrəvandan diqqətçəkən təklif: Bakıdan Avropaya enerji yolu Ermənistandan keçsin

Ermənistan Azərbaycandan və Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisi və digər enerji resurslarının daşınması üçün tranzit mərkəzinə çevrilmək niyyətini açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Cənubi Qafqaz: strateji mərkəzə çevrilmə yolunda” adlı panel sessiyada danışıb.

Onun sözlərinə görə, İrəvan Azərbaycan və Mərkəzi Asiya ölkələrindən Avropaya uzanacaq enerji marşrutlarında mühüm rol oynamaq istəyir.

Vaan Kostanyan bildirib ki, bunun üçün regionda kommunikasiyaların açılması istiqamətində səylər artırılmalıdır. O qeyd edib ki, sülhə nail olmaq üçün necə siyasi iradə və mühüm qərarlar tələb olunurdusa, indi də eyni yanaşma ilə yeni kommunikasiya xətlərinin açılması vacibdir.

Ermənistan rəsmisi əlavə edib ki, region ölkələri arasında əlavə bağlantıların qurulması həm ikitərəfli münasibətlərin inkişafına, həm də Cənubi Qafqazın Avropa, Mərkəzi Asiya və Uzaq Şərq arasında körpüyə çevrilməsinə xidmət edə bilər.

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr