AZ

Aİ-də veto səlahiyyətinin ləğvi ideyası, Tuskun etirazı

Polşanın baş naziri Donald Tusk Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Avropa İttifaqında xarici siyasət səsvermələrində yekdillik prinsipindən imtina etmək təklifi ilə razılaşmayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Tusk TVP Info tərəfindən yayımlanan mətbuat konfransında bildirib: "Yekdillik prinsipinin ləğvinə həmişə çox ehtiyatla yanaşacağam, çünki bu veto səlahiyyəti zaman-zaman həm orta, həm də kiçik dövlətlər üçün faydalı olub. Macarıstanda hakimiyyət dəyişikliyi baş verdiyindən, mən veto səlahiyyətinin ləğvi müzakirəsinə hələlik qayıtmazdım", - deyə o əlavə edib.

Qeyd edək ki, Ursula fon der Leyenin bu təklifi əbəs yerə səslənməyib. Aİ rəhbərliyini buna Macarıstan və Slovakiyanın Ukraynaya yardım məsələsində, eləcə də “qoca qitə” üzün taleyüklü məqamlarda Aİ-nin qərarlarına vetoq qoyaraq, birliyin siyasətini sabotaj etmələri vadar edib.

İndi Macarıstanda hakimiyyət dəyişikliyi baş versə də, Slovakiyanın rəhbərliyi yerindədir və sabah ona hansısakiçik Avropa ölkəsinin qoşulacağı istisna deyil.

Ona görə də Aİ rəhbərliyi istəyir ki, qərarlar səs çoxluğu ilə qəbul olunsun.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr