AZ

Karapetyanın ev dustaqlığı 3 ay uzadılıb

Ermənistanın Antikorrupsiya Məhkəməsi "Güclü Ermənistan"ın lideri Samvel Karapetyanın ev dustaqlığını daha 3 ay uzadıb.

Bu barədə "Report" Ermənistan mediasına istinadən xəbər verir.

Məlumata görə, Antikorrupsiya Məhkəməsinə sədrlik edən hakim prokurorun Karapetyanın həbs müddətinin uzadılması ilə bağlı vəsatətini təmin edib.

Müdafiə tərəfi Karapetyanın ev dustaqlığı şərtlərinin dəyişdirilməsi barədə ərizə verib.

Karapetyan 2026-cı il yanvarın 19-dan ev dustaqlığındadır.

Seçilən
5
2
anews.az

2Mənbələr