“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Premyer Liqanın 28-cı turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 3:0 hesablı qələbəni belə şərh edib:
"Bu gün çox vacib və çətin qələbə qazandıq. İkinci hissədəki oyuna görə uşaqlara minnətdaram. Yaxşı aktivlik var idi. Finişə yaxın çox vacib xallar qazandıq"