İndoneziyanının Qərbi Kalimantan əyalətində baş verən helikopter qəzasında səkkiz nəfər həlak olub.
“Jakarta Globe” qəzetinin məlumatına görə, pilot, ikinci pilot və altı sərnişini daşıyan vertolyot dünən yerli vaxtla səhər saat 7:34-də Melavi bölgəsindən havaya qalxıb.
Airbus H130 helikopteri ilə əlaqənin havaya qalxdıqdan qısa müddət sonra kəsildiyi bildirilir.
Axtarış-xilasetmə qrupları vertolyotu Qərbi Kalimantan əyalətinin Sekadau rayonunun ucqar bir ərazisində tapıblar. Hakimiyyət orqanları vertolyotun göyərtəsindəki səkkiz nəfərin hamısının öldüyünü təsdiqləyib.
Qəzanın səbəbi hələ müəyyən edilməyib.
Rizvan CƏFƏROV,
“Azərbaycan”