AZ

Dövlət satınalmalarının vahid internet portalına bir sıra funksionallıqlar əlavə olunub

Bakı. Trend:

Dövlət satınalmaları sahəsində hesabatlılığın artırılması,proseslərin sadələşdirilməsi və rəqəmsallaşdırmanıngenişləndirilməsi məqsədilə “Etender.gov.az” portalında bir sıramühüm yeniliklər tətbiq edilib.

Trend bubarədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına NəzarətDövlət Agentliyinə istinadən xəbər verir.

Bildirilib ki, əsas yeniliklərdən biri elektron müqaviləşərtlərinin formalaşdırılması ilə bağlıdır. Belə ki, artıqsatınalma prosesinin başlanğıc mərhələsində elektron müqaviləşərtləri birbaşa sistem üzərindən formalaşdırılır. Bu, hüquqi vətexniki şərtlərin daha dəqiq müəyyən edilməsinə imkan yaradır.

Müqavilələrin elektron imzalanmasının təşkili məqsədilə dövlətsatınalmalarının vahid internet portalı (https://etender.gov.az/) iləAzərbaycan Respublikasının Maliyyə Nazirliyinin Rəqəmsal dövlətmaliyyəsi sisteminin “e-müqavilə” altsistemi (https://rdmis.gov.az/) arasındainteqrasiya da həyata keçirilib. İnteqrasiyaya əsasən, yekunlaşmışsatınalmalar üzrə müqavilə, təklif barədə məlumatlar MaliyyəNazirliyinin sisteminə ötürülür və müqavilələrin imzalanması“e-müqavilə” altsistemi üzərindən həyata keçirilir. Bununla damüqavilələrin icrasına nəzarət mexanizmi optimallaşdırılır.Müqavilə barədə məlumatlar isə müqavilə imzalandıqdan sonra Dövlətsatınalmalarının vahid internet portalına ötürülür.

Təchizatçı tərəfindən aksept məlumatları, bank hesabı, imzasəlahiyyətli şəxs və bildiriş ünvanları “etender.gov.az” vasitəsiləəldə edilir və saxlanılır. Müqavilənin imzalanma mərhələsində buməlumatlar avtomatik olaraq “e-müqavilə” altsisteminə ötürülür.

Portalda aparılmış təkmilləşdirmələrə əsasən, satınalantəşkilatlar satınalma predmetlərinin adını, miqdarını və ölçüvahidini ayrıca müəyyən edir, təchizatçılar isə müvafiq olaraqmənşə ölkəsi, marka, model və digər zəruri məlumatları daxiledirlər. Bu məlumatlar sonradan müqavilənin ayrılmaz hissəsinəçevrilir və dəyişdirilə bilmir.

Bununla yanaşı, şərtlər toplusu təsdiqləndikdən sonramüqavilənin ümumi şərtləri sistem tərəfindən avtomatikformalaşdırılır və satınalmanın tərkib hissəsi kimi təqdim olunur.Aksept prosesi ilə bağlı tətbiq edilmiş yenilik isə müvafiqbildirişlərin sistem tərəfindən avtomatik generasiya edilərək qalibtəchizatçıya göndərilməsini təmin edir.

Portalda tətbiq edilən növbəti funksionallıq nəzarət orqanıtərəfindən məlumat və tövsiyə xarakterli rəsmi bildirişləringöndərilməsi ilə bağlıdır. Bu mexanizm vasitəsilə satınalmaprosesinin bütün iştirakçılarına bildirişlər (aid olduğu satınalmakonkret göstərilməklə) mərkəzləşdirilmiş qaydada və operativşəkildə çatdırılır. Eyni zamanda, istifadəçilərin bu bildirişlərlətanış olmadan sistemdə fəaliyyətini davam etdirməsiməhdudlaşdırılır ki, bu da vacib məlumatların diqqətdən kənardaqalmasının qarşısını alır və prosesdə intizamı gücləndirir.

Ümumilikdə isə tətbiq edilən bütün yeniliklər dövlətsatınalmalarında hesabatlılığın artırılmasına, rəqabət mühitiningücləndirilməsinə və proseslərin daha səmərəli təşkilinə mühümtöhfə verir.

Məqalədə:
Seçilən
16
10
az.trend.az

10Mənbələr